“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü…

Ötən həftənin sonlarında sosial şəbəkələrdə özbəkistanlı məşhur biznesmen və kriminal avtoritet, adı ABŞ-ın xüsusi sanksiyalar siyahısında olan “Qara Qafur” ləqəbli Qafur Rəhimovun qohumu, “Qızıl Rövşən” kimi tanınan Rövşən Muhiddinovun sosial şəbəkələrdə sensasion müraciəti yayılıb. Virtualaz.org “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, “Qara Qafur”un bacısı oğlu olan 32 yaşlı Rövşən Muhiddinov dayısının onu xüsusi qəddarlıqla döydürdüyünü bildirir. 12 dəqiqlik videomüraciətdə o, kriminal aləmdə baş verən qəddarlıqlar haqda danışır və deyir ki, dayısının tapşırığı ilə döyülüb.

“Qızıl Rövşən”in qəddarlıqla döyülməsi

“Azadlıq” radiosunun özbək xidməti hələ 2020-ci ildə kriminal dairələrdə tanınan biznesmen Qafur Rəhimovla onun qohumu Rövşən Muhiddinov arasında pul məsələsinə görə yaranmış mübahisə barədə yazıb. Bildirilirdi ki, bu mübahisədən sonra Rəhimov muzdlu quldurlar tutub və Muhiddinovu döyməyi əmr edib.

 

“Qızıl Rövşən”

2020-ci ildə yayılmış videoda Muhiddinov deyirdi: “Allaha ans olsun ki, 45 gün ərzində vəd olunan pulu qaytaracam. Əgər pulları qaytarmasam mən Rövşən deyiləm”.

Telegram-da yayılmış həmin videoda görmək olurdu ki, naməlum şəxslər Rövşən Muhitdinovu təhdid edir.

Özbəkistanda bloklanmış “Eltuz” müstəqil internet-nəşri isə öz mənbələrinə istinad edib yazırdı ki, Qafur Rəhimovun həyat yoldaşı Lola Rəhimova həmin videonu 20 min dollara “Arman Dikiy” ləqəbli qazaxıstanlı kriminal avtoritetdən (Ötən il Antalyada güllələnən “Lotu Quli”nin yaxın adamlarından hesab olunurdu) alıb və onu sosial şəbəkələrdə yayıb. Bundan təxminən bir il sonra Rövşən Muhitdinov baş verənləri təsdiqləyən videomüraciətlə çıxış edib.

 

“Qızıl Rövşən” 2019-cu ildə dayısının əmri ilə kriminal avtoritetlərin adamları tərəfindən necə döyüldüyünü danışır…

“Mən ora düşəndə çoxlu adam gördüm, bespredel hökm sürürdü. Bespredel yayğın anlayışdır. Görünürdü ki, həmin adamlar bir çox illər ərzində “qırmızı zon”larda (bütün məhbusların həbsxana administrasiyasının rejiminə tabe olduğu cəzaçəkmə düşərgələri,-red.) praktika ediblər. Onlar 1.5-2 saat ərzində “loxmaçların” (“loxmaçlar”-həbsxana administrasiyası ilə əməkdaşlıq edən və digər məhbuslara işgəncə verən məhbuslara deyilir,-red.) istifadə etdiyi bütün metodları tətbiq etdilər. Faktiki olaraq məni sındırdılar, axı on nəfər bir nəfərin üstünə düşsə əjdaha da olsa sınar. Lakin Allaha şükür, Rövşənin ruhu ilə bağlı hər şey qaydasındadır, çünki Rövşən haqlıdır. Və onlar görəndə ki, heç nə alınmır, mənə qarşı tətbiq etdikləri metodların heç biri nəticə vermir, onlar artıq mənim şərəfimə toxunmağa çalışdılar. Mən də normal, layiqli kişi olaraq bu situasiyadan çıxmaq üçün öz tərəfimdən bütün mümkün addımları atmağa, şərəfimi qorumağa çalışdım. Və bunu etmək mənə nəsib oldu. Allah məni bu situasiyadan çıxardı. Onlar əmin oldular ki, Dubayla bağlı mən təmizəm, mən bu işə bulaşmamışam. Onlar özləri bunu dedilər və əgər vicdanları qalıbsa bunu təsdiq edə bilərlər. Sonra söhbət o barədə getdi ki, mən bu situasiyadan çıxmaq üçün onlara müəyyən məbləğdə pul verməliyəm. Bu zaman mən kameraya deməliydim ki, əgər bu pulları verməsəm yaramaz adamam. Allaha şükür, çıxdım. Vaxt çatanda onlar mənə zəng vurmağa, şantaj etməyə başladılar və cavablarını da aldılar. Rövşən elə adam deyil ki, kimdənsə qorxun və kiməsə pul ödəsin. Əgər Rövşənin doğrudan da kiməsə borcu varsa onu döymək, qorxutmaq, söymək lazım deyil. Rövşən özü həmin pulu gətirib verəcək, lazım olsa üzr istəyəcək”,-Rövşən Muhitdinovun İstanbuldakı ofisindən yaydığı müraciətdə deyilir.

“Qızıl Rövşən” daha sonra bildirir ki, onun döyülməsini “Dubaydan qohumları” idarə edirdi. “Azadlıq” radiosunun əməkdaşı ilə mikrofonsuz söhbətində isə Muhiddinov təsdiq edib ki, həmin qohum Qafur Rəhimovdur.

 

“Qara Qafur”

“Qara Qafur” niyə öz qohumunu döydürüb?

Məhkəmə-istintaq sənədlərində Qafur Rəhimov, onun həyat yoldaşı Lola Rəhimova və qohumu Rövşən Muhitdinov arasında yaranmış münaqişənin səbəbləri haqda danışılır. Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin müstəntiqi U.Ş.Umarov tərəfindən imzalanmış sənədlərdə iddiaçı qismində Lola Rəhimova və onun kiçik bacısı Güzəl Kamolxocayeva çıxış edir.

İttiham aktında deyilir ki, biznes-çevrələrdə “Yumurta Oybek” və “Faberje-Oybek” kimi tanınan, bu yaxınlara qədər Özbəkistanın  quşçuluq biznesində əsas fiqur hesab edilən Oybek Mirəliyev Lola Rəhimovanın kiçik bacısının evini 650 min dollara satıb və həmin pulları mənimsəyib.

Bundan başqa Lola Rəhimova Oybek Mirəliyevi ona məxsus “Mercedes-Benz Maybach” avtomobilini, ərinə məxsus 7 milyon dolları da mənimsəməkdə ittiham edir.

 

İş üzrə prokuror Mirəliyevə 15 il həbs cəzası tələb edib, onun qardaşı Eldor Mirəliyev üçün isə 12 il həbs istənilib. 2020-ci ilin payızında Özbəkistan məhkəməsi Oybek Mirəliyevi 11 il azadlıqdan məhrum edib, qardaşı isə məhkəmə zalından buraxılıb.

İstintaqa yaxın mənbə deyib ki, Qafur Rəhimov öz keçmiş ortağı Oybek Mirəliyevdən onun artıq ödəmiş olduğu pulları tələb edir.

Rəhimov qohumu Rövşən Muhiddinova tapşırır ki, həmin pulları Mirəliyevdən alsın. Vəd edir ki, sahibkarın ona ödəməli olduğu 45 milyon dolların bir hissəsini də ona verəcək. Məsələnin detallarını və Qafur Rəhimovla Oybek Mirəliyev arasında maliyyə münasibətlərini araşdıran Muhitdinov öyrənir ki, dayısı əslində biznesmenə böhtan atır və pulları Oybek Mirəliyev deyil, əslində dayısının arvadı Lola Rəhimova mənimsəyib. Bu haqda Rövşən Muhitdinovun yaxınları bildiriblər.

Bundan sonra Muhitdinov bu haqda dayısına danışır, amma əvəzində Rəhimov bacısı oğlundan üz döndərir. “Sən mənə və öz bibinə (dayı arvadı mənasında) deyil, Oybekə inanırsan?! Sən məni bibinlə dalaşdırmaq istəyirsən?”,-Rəhimov öz qohumuna deyir.

 

“Qara Qafur” və ortaqları-Mirəliyevlər

​Bundan sonra Muhitdinov müxtəlif tanışları vasitəsilə dəfələrlə dayısı ilə görüşməyə can atır ki, ona bütün situasiyanı izah etsin. Lakin mümkün olmur, Rəhimov qohumu ilə görüşməkdən imtina edir. “Eltuz” internet-nəşrinə danışan mənbənin sözlərinə görə, arvadının məsləhəti ilə Qafur Rəhimov Azərbaycandan olan kriminal avtoritet Nadir Səlifova və qazaxıstanlı kriminal avtoritet Arman Cumagəldiyevə (“Arman Dikiy”) zəng vurur.

“Qohumum “Qızıl” düşmənim Oybekin tərəfinə keçib və məni aldadıb”,-Qafur onlara deyib.

Rəhimovun tapşırığı əsasında Səlifov və Cumageldiyev Muhiddinovu aldadıb otellərdən birinə çağırırlar. Həmin görüş 2019-cu il noyabrın 13-də İstanbuldakı “Hyatt Regency” otelində baş tutub. Oteldə Muhitdinovu Səlifovun və Cumageldiyevin adamları, habelə idmançı cüssəli ona yaxın silahlı cangüdən qarşılayırlar.

 

“Qızıl Rövşən” və “Lotu Quli”

Muhitdinovu otel nömrələrindən birinə aparan həmin adamlar onun əl-qolunu, ayaqlarını bağlayırlar, öldürməklə hədələyirlər və qəddarcasına döyürlər. Bir neçə saat ərzində bu adamlar Rövşən Muhitdinova işgəncə verirlər, başını su ilə dolu vannaya basırlar, bütün bunlar nəticə verməyəndə onu zorlamaqla hədələyirlər.

Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) keçmiş prezidenti olan Qafur Rəhimovun adı keçmiş sovet respublikalarından olan bir qrup “vor zakon”la birlikdə ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısındadır. Ötən il Vaşinqton məhkəməsi sanksiyaların götürülməsi barədə Rəhimovun iddiasını təmin etməyib.

Qeyd edək ki, “Lotu Quli”nin qətlində də “Qara Qafur”un qohumu ilə bağlı epizod hallanırdı. Belə ki, məşhur kriminal avtoriteti güllələyən “Xan Bakinski” cinayəti törətməzdən bir neçə dəqiqə əvvəl “Lotu Quli”nin arxadan görüntülərini çəkib və həmin görüntüləri azı 4 nəfərə göndərib. Bunlardan biri də Rövşən Muhitdinov olub. Rövşən Muhitdinovun daha əvvəl “Lotu Quli” ilə yaxın münasibətlərə malik olub, qatilin videonu nədən ona göndərdiyi haqda heç bir məlumat yoxdur.

Share: