Konteynerlər gəmilərdən niyə dənizə aşır? – Araşdırma

Müstəqil.Az  xəbər verir ki, bu hadisələrin nəticəsində dünya dəniz mütəxəssisləri yeni araşdırma aparıblar.

Gəmi mühəndisləri və inşaatçıları parametrik yuvarlanma kimi tanınan fəlakətli hadisənin buna səbəb olduğunu bildirirlər. Belə ki, gəmilərin həcmi böyüdükcə və konteynerlər çoxmərtəbəli binalar səviyyəsinə yığıldıqca gəmilərin açıq sularda dayanıqlılığı getdikcə narahatlıq doğurur.

Araşdırmanın nəticələrinə görə, konteyner itkisi ən çox dalğa gəminin burun hissəsinə çırpılanda baş verir. Mütəxəssislər gəmi sahiblərini gəmiləri həddən artıq yükləməməyə, konteynerləri möhkəm bərkitməyə və üzəcəkləri marşrutun hava şəraitini dərindən öyrənməyə çağırıblar.

(“Seanews.az”)

Share: