Ukraynada sərt karantin rejimi ləğv edilir

Ukraynada koronavirusun kütləvi yayılmasına görə yanvarın 8-dən tətbiq olunan sərt karantin rejimi yanvarın 25-i saat 00:00-dan ləğv edilir.

Müstəqil.Az  yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı qərar Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Bununla da Ukraynada martın 31-dək yumşaldılmış karantin müddəti hökm sürəcək. Bu müddətdə ticarət-əyləncə mərkəzləri, idman zalları, fitnes-mərkəzləri, hovuz, kino və teatrların fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq. Kafe və restoranlar saat 07:00-dan 23:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, sərt karantin rejimi bütün ölkə üzrə tətbiq edilmişdi.

Müstəqil.Az

Share: