İcra başçısı sahədə kartof yığdı – FOTO

Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşüb.

Müstəqil.az xəbər verir ki, kənddə yerləşən bir çox tarlalara baş çəkən icra hakimiyyətinin başçısı məhsul yığan əməkçilərlə görüşüb və onlara koronavirus infeksiyası ilə mübarizədə diqqətli olmağı tövsiyə edib.

Təzə Alvadı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Məmmədov cari ildə 204 hektar sahədə kartof və 78 hektar sahədə çiyələk əkilib-becərilməsi barədə məlumat verib. Görüşdə fermerlər Xəlil Şükürov, Cəsarət Əzizov, manqabaşçıları Gülqədəm Mustafayeva və Südabə Cavadova rayon rəhbərinin sahələrə gəlməsi, zəhmətkeşlərlə görşməsini yüksək qiymətləndirərək minnətdarlıqlarını bildirdilər və eyni zamanda əkinçilərə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini çatdırmaqlarını xahiş ediblər.

İcra başçısının səfəri ilə bağlı məlumat və fotolar Masallı RİH-in saytında yerləşdirilib.(publika)

Share: