BAŞIN SAĞ OLSUN, AZƏRBAYCAN POEZİYASI

Poeziyamız gözəl bir Şairini itirdi.

Sonuncu dəfə onunla oğlu Ülfətin toyunda görüşmüşdük. Çox yorğun idi. Həddən artıq arıqlamışdı.Üzündə, gözlərində verilmiş hökmün əlamətləri görünürdü. Buna baxmayaraq, bütün toy boyu , demək olar ki, heç oturmadı. Hamı ilə oynayırdı. Üzünə, gözlərinə elə qəribəlik çökmüşdü ki, sanki nəyəsə içində yekun vurmuşdu. Hansısa məsələdə qəti qərar qəbul etmişdi.Tez-tez oynayır,amma üzündəki ifadə dəyişmirdi. Elə bil bu anın, bu günün dadını çıxarmaq idi bu gecəki istəyi… Nəyinsə qərarını vermiş,indi ancaq bu anı yaşamaq istəyi ilə yaşayırdı…

Fərqanə əvvəlki Fərqanə deyildi… Haqqında verilmiş hökmü bilirdi… Ən böyük arzusu Ülfətin toyunu görmək idi… Və bütün gücünü toplayıb, bu günün hər anını yaşamaq istəyirdi….

Toydan bir qədər sonra telefonla danışdıq.Məndən çoxdandır niyə AYB-ə gəlmədiyimi soruşdu: Niyə gəlmirsən? Gəl , görüşək, oturub söhbət edək…-dedi.

– Gələrəm,-dedim.Amma gedə bilmədim.Günü günə sata-sata dünya işlərinə başım qarışdı.

Bağışla,hamıya ana-bacı məhəbbəti bəsləyən,ürəyi sevgi ilə, mərhəmətlə dolu olan gözəl İnsan,gələ bilmədim.Gələcəyimə inanırdım.Amma sənin vaxtının bu qədər az olduğunu bilmirdim…

Anamın rəhmətə getdiyi gün getdin. Daha hər il anamın anım günündə səni də anacağam…

Anama, bizi gözləyənlərə salamlarımızı apar.

Yolun nurlu, torpağın yüngül olsun, gözəl Şairəmiz.

Sən daim qəlbimizdə olacaqsan.

Mahirə Nərimanqızı Mahi

97 baxılıb
mersin escort