Məni unudan qızın üzünü unutmuşam – Habil Rza Nur

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

Məni unudan qızın üzünü unutmuşam.
Dodağını, qaşını, gözünü unutmuşam.
Mən dünyanın ən gözəl qızını unutmuşam.
Mən dünyanın ən gözəl sözünü unutmadım.
Əlvida…

O gedən yollar belə ayağıma dar gəlir,
Görəsən unudulmaq hansımıza ar gəlir?
Bə deyirdiz ayrılıq gələndə lal-kar gəlir,
Mən niyə ayrılığın səsini unutmadım?!

Unutdum, Allah çarpsın, kəlməsini unutdum!
İlk öpüşdə etdiyi həmləsini unutdum,
Nə vəfasız adamam, yaxşısını unutdum,
Nə əcayib adamam, pisini unutmadım.

Nə rəng idi köynəyi, başmağı nə rəng idi…
Unutdum, yerişimi…. öpüşümü ləng idi.
İlahi, öpüş anı susmağı nəhəng idi,
Çiyələkli öpüşün izini unutmadım.

Yollar didib aparıb dizimi neçə vaxtdı.
Göylər qabığın soyub üzümün neçə vaxtdı.
Görmürəm aynalarda özümü neçə vaxtdı,
Görəsən gözlərində özümü unutmadım?

Mən dünyanın ən gözəl qızını unutmuşam,
Mən dünyanın ən gözəl sözünü unutmadım.
Əlvida…

Habil Rza Nur

548 baxılıb
Shares
mersin escort