AY QADASI
Yaz dodağı qaçır sənə
Harda qaldın ay qadası?
Qızıl pərdə açır sənə
Harda qaldın ay qadası?
Ulduzlarda səni gəzdim
Bir buludluq gözü süzdüm
İqbalımı daşa düzdüm
Harda qaldın ay qadası?
Ağ qasırqa belindəsən
Dağ – dərələr selibdəsən
Min saralar telindəsən
Harda qaldın ay qadası?
Gəl, günahın çölündəyəm
Qunutsuzluq gölündəyəm
Min şeytanın felindəyəm
Harda qaldın ay qadası?
Qoy günəşi deyim qurban
Ay da olur sənə həyran
Gündoğdunun canın alan
Harda qaldın ay qadası?
***
ANAM GƏLSİN
Ürəyimin sınan çağı
Anam gəlsin, anam gəlsin
Könlümdə var kədər dağı
Anam gəlsin, anam gəlsin
Bir Qaraqanın dilindəyəm
Tük kimi dağ yelindəyəm
Duyğusuzluq çölündəyəm
Anam gəlsin, anam gəlsin
Quş ağzında qalıb canım
Sevincəgə yox gümanım
Damarımda coşan qanım
Anam gəlsin, anam gəlsin
Gecə, qara kölgə salıb
Cənnətimi əldən alıb
Dan ulduzum harda qalıb
Anam gəlsin, anam gəlsin
Gəlsin ağgün doğdurmağa
Qaranlığı boğdurmağa
Nur könülə yağdırmağa
Anam gəlsin, anam gəlsin
***
ANAMIN HANASI
Bir hana uzaniq görürəm burda
Anamın fərşidir qalıb dardadır
O gedəndən sonra olmuşam nasaz
Halım çox yamandır San ki dardadır
Bir şəkil naxışın özü çəkibdir
Göllərin qarası ağa səkibdir
Bir rəsmi çəkibdir belin bükübdür
Arğacı qarışıb qalıb tardadır
Türənci qurtarıb ləçəkdə qalıb
Çevriyə neça quş saninan çalıb
Sarılı bülbülü ipəkdən salıb
Bir kəklik toxuyub başı qardadır
Hanaçı ulduzu göydən axıbdır
Qəlbimə ildırım kimi şaxıbdır
Könlümü yandırıb yaman yaxıbdır
Gözlərim axtarır görən hardadır
Dəfəni vuranda bananın səsi
İndidə könlümdə qalıb həvəsi
Həyatın o zaman gedib hər nəsi
Gündoğdu pozulub ahı_ zardadır
ABBAS ABBASPUR
“GÜNDOĞDU”
Təbriz





















