Professor Rəsmiyyə Abdullayeva ADA Universitetində çıxış edib

Professor Rəsmiyyə Abdullayeva ADA Universitetində çıxış edib

AR Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva 25 may 2026-cı il tarixində ADA Universitetinin “Qarşılıqlı yardım” Klubunun təşkilatçılığı ilə keçirilən “İnklüziv cəmiyyət quruculuğu: çətinliklər və həll yolları” adlı elmi seminarda “Azərbaycanda inklüziv ali təhsil: problemlər və həllər” mövzusunda məruzə ilə çıxış etmişdir.

Elmi seminarda, həmçinin “Qarşılıqlı yardım” Klubunun sədri Gültəkin Salamova inklüzivliklə bağlı məruzə etmişdir. Hər iki məruzə maraqla qarşılanmışdır. Məruzələrdən sonra iştirakçıların sualları cavablandırılmış, maraqlı müzakirələr aparılmışdır. Aktiv iştirakçılara kitablar hədiyyə edilmişdir. Sonda xatirə şəkli çəkilmişdir.

Müstəqil.Az

Share: