Onu tanıdan Bəşarət adının gözəl mənası var. Bu söz ərəb mənşəli olub, “müjdə”, “xoş xəbər”, “muştuluq” və ya “gözaydınlığı” mənalarını ifadə edir.
1975-ci ilin may ayının 26-da Şəki rayonunda dünyaya gəlib. Onun dünyaya gəlişi həftənin birinci gününə düşüb. Həftənin birinci günü doğulanlar astrologiyada Ay tərəfindən idarə olunurlar. Bu səbəbdən də onlar mehriban, həssas və ailəcanlı insanlar olur. İntuisiyaları çox güclüdür və ətrafdakıların duyğularını asanlıqla hiss edirlər. Zəngin təxəyyüləri var, eyni zamanda yaradıcı qabiliyyət sahibidirlər. İnsanlarla ünsiyyət qurmağı və cəmiyyətdə tanınmağı sevirlər. Sadaladığım bu xüsusiyyətlər haqqında söhbət açmaq istədiim Bəşarət Məmmədovda da özünü biruzə verir. O, 1992-ci ildə orta məktəbi bitirəndən sonra 1998-ci illədək Bakı Dövlət Universitetinin tarix fakültəsində ali təhsil alıb. Daha sonra Şəki rayonu Çay Qaraqoyunlu kənd orta məktəbində tarix müəllimi, “Respublika” qəzetində baş müxbir və şöbə müdiri vəzifələrində işləyib. Azərbaycan Respublikası Təhsil Nazirliyində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində milli məsləhətçi vəzifəsində çalışıb. 2005-ci ildə jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə, Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” mükafatına layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatına, beynəlxalq münasibətlərinə və həyata keçirilən islahatlara dair yüzlərlə məqalənin və analitik yazının müəllifidir. Səhv etmirəmsə, 2016-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində işləyir…
Deyir ki:- “Mən bir müddət tarix müəllimi kimi fəaliyyət göstərmişəm. Pedaqoji sahədə çalışdığım müddəti çox maraqlı və unudulmaz fəaliyyət dövrüm hesab edirəm. Uşaqlıqdan mənim mətbuata böyük marağım olub. Orta məktəb dövründə oxuduğum qəzetlər hələ də rayondakı evimizdə saxlanılır. Qəzetlərə marağım o qədər idi ki, oxunmamış bir cümlə belə qoymurdum. Oxuyanda hətta düzəliş qeydlərimi də edirdim. Ola bilsin ki, uşaqlıqdan mətbuata olan bu marağım mənim media sahəsinə yönəlməyimə təsir etdi. 10 il müddətdə mətbuatda çalşdım. Bu illərdə uşaqlıqda mətbuata olan marağımla bağlı oxuduğum çoxsaylı qəzet və jurnallar, həmçinin bədii ədəbiyyata meylim də mənə çox böyük kömək göstərdi. Bu sahədə uğur əldə edə biləcəyimi hiss etdim. Məncə ən önəmlisi əldə edəcəyin uğura inanmaqdır. Maraqlıdır ki, mətbuata yeni gələn zaman, mənə elə gəlirdi ki, bütün məşhur imza sahiblərini şəxsən tanıyıram. Ola bilsin ki, onların yazılarını o qədər oxuyurdum ki, artıq onları özümə dogma bilirdim. Məndə elə təsəvür yaranmışdı ki, o insanlarla illərlə ünsiyyətdəyəm. Bugünkü mətbuatın üstünlüyü ondan ibarətdir ki, əlaqə vasitələri çoxdur. Telefonlar, sosial şəbəkələr, elektron poçt kimi çoxsaylı vasitələr var. Jurnalistin verəcəyi sualdan müsahibin qaçma ehtimalı çox azdır. Ancaq əvvəlki illərdə bu baxımdan jurnalistlərin işi daha çətin idi…”
Bu gün Bəşarət Məmmədov bir il də böyüyüb 51 yaşına qədəm qoyur. Əvvəlcə onu deyim ki, 51 rəqəmi Samux rayonunun dövlət qeydiyyat nömrəsidir. Mələklərin numerologiya sistemində isə 51 rəqəmi azadlıq, cəsarət, liderlik və ailə məsuliyyətinin unikal birləşməsini təmsil edir. Bu rəqəm iki güclü enerjinin- novatorluğun və dinamikanın birləşməsidir. Burada 5 rəqəmi dəyişikliklərə açıq olmağı, macərapərəstliyi və ünsiyyətcilliyi ifadə edir. 1 rəqəmi isə təşəbbüskarlığı, iradəni və yeni başlanğıcları simvollaşdırır. 5+1 = 6-nın mənası da gözəldir. Cəmiyyətdə və ya ailədə tarazlıq yaratmaq, fərdi azadlığı qoruyaraq yaxınların qayğısına qalmaq mənasına gəlir. 6 rəqəmi həm də ezoterik baxımdan “Döyüşçü rəqəmi” sayılır. Çünki o, sahibinə cəsarətli addımlar və strateji ünsiyyət sayəsində qəfil uğur və zirvələrə çatmaq gücü verir. Nə isə, bu bənzərsiz təbrikimlə Bəşarət bəyin ad gününə rəng qatmağa çalışdım. Ona bu gün qədəm basdığı ömrünün “Samux döngəsi”ndə möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulayıram…
Hə, az qala unutmuşdum, o, bir də deyir ki: “Vicdan əksər hallarda ağıldan üstündür…”
Hörmətlə, Elman Eldaroğlu


















