Elin ürəyində qaldın, Cavanşir.

Elin ürəyində qaldın, Cavanşir.

(İstər Aprel Döyüşlərində, istərsə də ikinci Qarabağ Döyüşlərində iştirak edən, kürəkənim – Vətən Qazisi Dadaşov Cavanşir Mehman oğlunun əziz xatirəsinə ithaf edirəm)

Bu qoca dünyada, fani dünyada
Bir vaxtlar bizim tək vardın, Cavanşir.
Tale gəncliyini tez verdi bada
Fələkdən min sual sordun,Cavanşir.
.
Ataya, anaya evlad qürurmuş,
İstəyin həy şeydən öndə dururmuş.
Atan elə bil ki yuxu görürmüş
Demə atan üçün baldın, Cavanşir…
.
Bəxtini şüşə tək saldın əlindən
Dərməyə getdinmi cənnət gülündən?
Bu cavan yaşında düşmən ölümdən
Yoxsamı sən qisas aldın, Cavanşir.
.
Gözlərdə göz yaşı dönübdür selə,
Sənsiz heç bir nəğmə yatmayır dilə.
Ürəklər dağlayan məzarın ilə
Yurdun keşiyində durdun, Cavanşir.
.
Gənclərə dərs verdin sən qeyrətinlə,
Hər yerdə fəxr etdin öz millətinlə
İgid əməlinə, şücaətinlə
Elin ürəyində qaldın, Cavanşir!..
18.03.2026.
Heydər Ələddinoğlu.
AYB-nin üzvü, şair, publisist.
Share: