Şairə xanım sevgilisi ilə ərinin tanış olduğunu dedi…

Yeganə Türksəsin Yafəs Türksəslə bağlı tük ürpədici etirafı

Bu xanımın adı qalmaqallarda çəkildi. Ünvanına müxtəlif sözlər¸ itihamlar səsləndi. O, isə heç nədən çəkinmədi. Özünü necə var hər kəsə təqdim etdi. Ailəsinhaqda xoş danışdı, zərif və duyğu dolu hisslərini gizlətmdi, bəzi tanınmışların yaşadığı, lakin gizlin saxladığı sevgisi haqda da göz qırpmadan söz açdı.

Qara bir sevdaya düşmüş şair Yafəs Türksəsin ona olan sevgisinə qarşılıq verdi və bu heç də ona asan gəlmədi. Bütün bunlar haqda şairə Yeganə Oqtayqızı ilə
Müstəqil.Az-ın “Sevgi etirafı” layihəsində həmsöhbət oluruq.

(Əvvəli  burda http://www.mustaqil.az/2018/04/23/yeganə-yafəs-turksəs-sevgisini-mənə-subut-etmək-ucun-həyat-yoldasindan-bosandi/)

(ardı)
– Bəs Yafəs arvadı ilə barışdı? Sən o barışıqda iştirak etdin?

– Mən tərəfdən reaksiya olmadığından  təbii ki, barışdı. Hal-hazırda ailəsi ilə birlikdə yaşayır.

– Bunu Yafəs istəmədi, yoxsa səndə bir qadın mərhəməti yarandı? Axı, o xanımın uşaqlarının atasına şərik çıxmısan, başqa sözlə desək, onun qismətinə göz dikmisən.

– Mən Yafəsə görə ailəmi dağıtmadım. Məqsədim isə Yafəsi xilas etmək,onu psixaloji sarsıntıdan çıxarmaq idi.

Düzdür, deyirsən ki,  şairin ürəyinin guya ki, dayana bilməsinin qarşısını aılmısan. Axı Yafəs bəyin ürəyi “Kamaz” matoru kimi işləkdir, səncə bu bilərəkdən onun tərəfindən hiyləgərlikə atılan addım deyildi ki?

– O, ürək xəstəsi deyildi, sevgi xəstəsi idi. (Gülür). Onu da mən sağaltdım… Həm də ki, nə olsun ki, ürəyi “Kamaz” matoru kimi işləkdir, o dönəmlərdə Şairim özünə nəzarəti itirmişdi. Buna ona dost olan yazarlar da şahiddir.

Yeganə xanım, görürsən ki, söhbətimiz o qədər səmimi alındı ki, “siz”dən “sən”ə keçdik.

– “Sən” deyə müraciət edə bilərsiz, nə qədər olmaya məndən böyüksüz və buna ərkiniz çatır.( Yenə də şirin təbəssüm sifətinə yayılır)

Həyatınızda keçidlər çoxmu olub? Səmimi olmağına şübhə etmirəm.

– Evlənənə qədər güclü bir ilk sevgim olub. Bunu danmamışam heç vaxt. Başqa keçidlərim isə olmayıb.

-Son vaxtlar müxtəlif pozalarda şəkillər çəkib paylaşırsan, xeyir ola? Yafəs də, deyəsən heç qısqanc deyil e…

– Mən şəkil çəkdirməyi çox sevirəm. Dediyiniz pozalar sadəcə mənim estetik zövqümdür. Şəkil çəkdirmək də bir yaradıcılıqdır…

– Uşaqlarınıın atası ilə Yafəs bəyi tanış etmək ağlından keçibmi?

– Zatən tanışdılar)

– Sən Yafəsə şeir həsr etmisəmmi? Əgər varsa bir parça de də…

Bəli ona bir neçə zarafatyana şeir yazmışam. Deyim.

Biri var bu dünyada, nağıl kimi…

Biri var bu dünyada, şeir kimi şair.

Biri var bu dünyada ürək kimi duyğulu,

biri var çiçək kimi uyğulu

Körpə kimi mürgülü,

Dünyadan xəbərsiz,

sevgidən də dərin, mənalı.

Sevilmək qədər gözəl,hissiyyatlı,

Mərhəmət qədər uca,

ürək kimi dəli…

qala kimi əzəmətli,

külək kimi coşqun, səsli, haraylı ünlü…

Çırpılır dostlara

Dalğa kimi təlatümlü..

əfsanələr varmış, inandırdı məni.

Bax bu şeir də sığmadı,

sığmır yerə göyə…

…sevgiyə sığmır…

hansı ölçülərə siğir, bilmiəm?!

Bu şeri də, nə isə yazammadım…!

Sehirli bir dünyanı necə yszım?!

-Yəqin Yafəs bu şeirdən sonra gözlərini ayağının altına dikməz, başı buludlra dirənər..
-Şairi mən həmişə elə görmüşəm də elə..

– Xoşbəxtsənmi?

– Tam xoşbəxtəm desəm, yalan olar. Mənə görə xoşbəxtlik nisbidir. Xoşbəxtlik anlardan ibarətdir. Yaşanır və bitir. Mən sadəcə mutluyam və yaşamımdan razıyam.

– Bax, şairliyinə, boyuna, buxununa, yaraşığına, səs tembirinə, imkanına vurulduğun Yafəs birdən səni atıb , tutaqki hansıa bi müğınni ilə görüşsə, deyək ki, Elza Seyidcahanla, ürəyin dözərmi?

-Birincisi, atmaz.(Gülür) İkincsisi isə anlayışla qarşılayaram. Çünkü insan həyatı boyunca sabit qala bilməz. Ən dahi insanlar belə dəyişilə bilir.

– Elza da şairdir də. Məsələn onların quşu qonsa bir-birinə ədəbi bədii mədəni dostluqları başlasa yəni

– Nə bilim… Amma Yafəs elə etməz, o bilir kiminlə dostluq etmək

olar, kimə ürək qızdırmaq olar..

– Bir dəfə Rusiya səfərinizdə Yafəsin sənə xəyanət etməsindən bəhs etmişdin. Səncə o xəyanət təkrar oluna bilməz?

– Ezamiyyətdir də hər şey ola bilər, fürsəti olub, iştahası çəkib (bu dəfə daha möhməkdən və ürəklə gülür)

– Allah eləməmiş, Yafəs ölsə, ədəbiyyatımız nə itirər?

– Allah eləməsin. Hələ onun nə yaşı var ki, ölə…o, bir gun həyatda olmasa unikal nir şairin daima yeri görünəcək. Çünkü Yafəs Türksəs imzası bir brenddir.O, çox bənzərsizdir.

– Bəs sən?

– Mən məni sevən, mənə dəyər verən bir şairi və mənə yazılmamış şeirləri itirərəm.

– Yadımızdan çıxmamış, Yeganə xanım, yeni kitabınız işıq üzü gödü. Bu kitab haqda oxuculara bir qədər məlumat verərdiz. Kitabda Yafəslui anlar duyulurmu?

– Bəli, bir neçə gün öncə sayca 5-ci kitabım işıq üzü gördü. Kitabda əsasən mənim modern üslubda yazdığım şeirlər toplanıb. Və eyni zamanda da kitabda müasir düşüncəli bir azəri şairəsinin başqalarından fərqli duyğu və düşüncələri ortalığa qoyulub. Yafəsə aid də bir neçə şerim var. Amma əsasən ətrafdakı insanların həyatından yazmışam.

– Yafəs ən çox hansı şeirinizi bəyənir? O səni çox istəyir, yoxsa yaradıcılığını?

-Yafəs mənim şeirlərimin çoxunu bəyənir. O, ilk öncə menim özümü sevib, daha sonra ise yaradıcılığımı da sevməyə başlayıb. İndi isə məni yaradıcılığımla bərabər sevir…

– Sonuncu sual, sən hiss etmisənmi ki, Yafəs həm də qorxaq adamdır, sən bu qorxaqla necə dostluq edirsən?

– Ən cəsarətli şeir və publisist yazıları həmişə Yafəs yazıb . O, çox cəsarətli, obiektiv və qorxmqz adamdır. Mən şəxsən onunla fəxir edirəm…

Ötgün

 

 

 

Share: