8 YAŞLI UŞAQ sambo məşqi zamanı öldü…

Murmansk vilayətinin Kirovsk şəhərində məktəbli sambo məşqi zamanı ölüb.

 

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatında deyilir ki, yanvarın 12-də yerli vaxtla saat 18:00-da 2009-cu il təvəllüdlü oğlan sambo zalında məşq edərkən özünü pis hiss edib. Məşqçi təcili yardım çağırsa da, uşağın həyatını xilas etmək mümkün olmayıb.

 

Prokurorluq faktla bağlı araşdırma aparır.

Müstəqil.Az

Share: