8 il əvvəl ölən bacı-qardaşın cəsədi 77 yaşlı qadının evindən çıxdı

Rusiyanın Moskva şəhərində yaşayan 77 yaşlı bir qadın dünyasını dəyişən bacı və qardaşını mumyalayaraq öz evində saxlayıb.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, qadın bu hərəkətinə səbəb kimi yas mərasimi üçün xərcləyəcək pulunun olmadığını göstərib.

Yaşlı qadın Rusiya İstintaq Komitəsinin nümayəndələrinə bacı-qardaşının 8-9 il öncə öldüyünü etiraf edib. Onun hərəkətləri və sözləri şübhə doğurduğu üçün ruhi xəstəxanaya yerləşdirilib.

Mütəxəssislər cəsədləri tibbi ekspertizaya təhvil veriblər. Onların nə zaman və hansı səbəbdən dünyasını dəyişdikləri araşdırılır.

Share: