45 yaşlı kraliça mərasimdə həddindən artıq qısa paltarda…

Kraliça Letisiya jurnalistlərə “Francisco Cerecedo” mükafatının verilməsi üçün təşkil olunan təntənəli mərasimə həddən artıq mini donda gəlib.

Müstəqil.Az xarici mətbuata istinadən xəbər verir ki, kraliçanın bu tərzi birmənalı qarşılanmayıb. Bir çox dəb tənqidçiləri onun seçiminin yanlış olduğunu bildirib. Onların sözlərinə görə, ağ krujevalı don 45 yaşlı kraliçaya çox yaraşıb, digər tərəfdən isə kral ailəsinin nümayəndəsi üçün bu, çox açıq-saçıq geyimdir!

Adətən ispan kraliçası belə eksperimentləri özünə rəva bilmir, daha çox ciddi fasonlara üstünlük verir. Lakin bu dəfə o, 1920-ci illərin üslubunda cəsarətli flepper don seçmək qərarına gəlib. Qara çiyinbağılar Letisiyanın qüsursuz əndamını vurğulayıb, onun qaralmış biçimli ayaqları isə xüsusi diqqət çəkib.

Müstəqil.Az

 

Share: