27 yaşlı qadından ŞOK AÇIQLAMA: “10 ildir ruhlarla intim əlaqədə oluram

İngiltərəli qadın Ametisti Realm adlı qadın sevgilisi evdə olmadığı bir gecə ruhlarla intim əlaqədə olduğunu və o gündən sonra heç vaxt kişilərlə münasibətdə olmadığını açıqlayıb.

Müstəqil.az  Publika.az və xarici mediaya istinadən xəbər verir ki, 27 yaşlı qadın həmin gecədən sonra sevgilisindən ayrıldığını deyib.

Televiziyada səhər verilişlərinin birinə qonaq olan qadın hadisənin 10 il əvvəl baş verdiyini bildirib.

“Sevgilim evdə yox idi. Həmin gecə evdə ruh gördüm. Bundan sonra gecə paltarında ruhu yoldan çıxartmağa çalışdım. Bir neçə dəqiqə sonra bədənimin üzərində bir ağırlıq və belimdə ruhun nəfəsini hiss etdim. Qısa müddətdə cinsi əlaqədə olduq”.

Qadın iddia edir ki, sevgilisi də ruhu görür və ona xəyanət etdiyini düşünür.

“Sevgilimdən ayrılmışam və 10 ildir ki, ruhlarla intim əlaqədə oluram. Bundan da çox xoşbəxtəm. O ruhu tapıb, ondan uşaq dünyaya gətirmək istəyirəm”-deyə, qadın bildirib.

Share: