26 min əhaliyə MÜJDƏ: Prezident 2,5 milyon MANAT AYIRDI

Prezident İlham Əliyev Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 2,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Ağdam rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı:

Sıra

№-si

Yaşayış məntəqələri Quyuların

sayı

Əhalinin

sayı

1. Mərzili kəndi

(Ergi yaşayış massivi)

5 1195
2. Alıbəyli kəndi 4 1826
3. Çəmənli kəndi 4 3445
4. Qərvənd kəndi 3 926
5. Hacıturalı kəndi 2 664
6. Təzəkənd kəndi 2 447
7. Zəngişalı kəndi 2 2516
8. Çullu kəndi

(İmamqulubəyli kənd İƏD)

1 828
9. Evoğlu kəndi 1

1355
10. Eyvazlı kəndi 1 614
11. Əfətli kəndi 1 808
12. Hacıməmmədli kəndi 1 779
13. Xındırıstan kəndi 1 841
14. İmamqulubəyli kəndi 1 1262
15. Küdürlü kəndi 1 174
16. Quzanlı qəsəbəsi 1 3236
17. Mahrızlı kəndi 1 1923
18. Orta Qışlaq kəndi 1 846
19. Paşabəyli kəndi 1 739
20. Sarıcalı kəndi 1 1841
Cəmi 35 26265
Share: