180 kiloluq xəstə “Ümidlə Gəl”in studiyasından birbaşa hospitala göndərildi

Müstəqil.Az xəbər verir ki Lider Tv-nin efirində yeni formatda yayıma başlayan “Ümidlə Gəl” Tok-şousunun 9 mart buraxılışı qəhrəmanlarına ümidverici anlar yaşadıb.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələri silkələyən videomateralda artıq çəkidən əziyyət çəkdiyini tükürpədici yalvarışla bildirən Tovuz sakini Mahirə xanımın səsi Türkiyənin tanınmış simalarından olan Seyhan Soyluya qədər gedib çatmışdı.
Bundan xəbər tutan layihənin rəhbəri Hacı Quliyev gecəylə Tovuza yola düşüb və Mahirə xanımı Bakıya gətirib.
Lakin xəstənin ümumi vəziyyəti bariatrik cərrahiyyəyə imkan vermədiyinə görə Azərbaycanın tanınmış həkimlərindən olan, bariatrik cərrah Eçin Abdinov və ürək-damar cərrahı Ramil Əliyev birlikdə qərara gəldilər ki, Mahirə xanımı müəyyən müalicə prodsedurlarından sonra əməliyyata götürsünlər. Beləliklə də, piylənmədən əziyyət çəkən 180 kiloluq xəstə “Ümidlə Gəl”in studiyasından birbaşa “Zəfəran hospital”a yola salındı.
Proqramın ikinci qəhrəmanı isə, Ağcəbədi sakini, dovşandodaqlıqdan əziyyət çəkən balaca Hüseyn idi. Anasını itirən Hüseyn atası tərəfindən tərk edildikdən sonra qardaşı ilə birlikdə babasının və xalasının himayəsində qalıblar. Ailənin ümumi vəziyyəti isə Hüseynin əməliyyat olunmasına şərait yaratmayıb. “Ümidlə Gəl”in studiyasında Hüseynin normal dodaqla rəsmini çəkən gənc rəssam və xeyriyyəçi Akif Əmirovun məharəti ekspert qismində əyləşən professor Vaqif Qələndəri təəccübləndirib və o, balaca Hüseynin normal uşaqlar kimi görünəcəyinə söz verərək əməliyyatı öz üzərinə götürüb.
Əlavə olaraq qeyd edək ki, “Ümidlə Gəl” proqramı bunlardan əvvəl də bir neçə xəstə və imkansız ailələrə dəstək olub, hal-hazırda onların da müalicə prosesləri uğurla davam etməkdədir.

Müstəqil.Az

180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi180 kiloluq xəstə "Ümidlə Gəl"in studiyasından birbaşa hospitala göndərildi

Share: