Ərdoğan Vatikana gedir – 59 il sonra

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 5-də Vatikana səfər edəcək.

Müstəqil.Az Axar.az -a istinad edərək xəbər verir ki, Ərdoğan Vatikanda Roma papası Fransisklə görüşəcək. Görüşdə əsas müzakirə mövzusu Qüds məsələsi olacaq. Ərdoğan bu görüşdə Fransiskə Qüds məsələsində tutduğu mövqeyə görə təşəkkür edəcək.

Görüşdə həmçinin Suriya və İraq məsələləri də müzakirə olunacaq.

Vatikandan sonra Ərdoğan Latın Amerikası ölkələrinə səyahət edəcək. O, səfər çərçivəsində Venesuela, Braziliya və Paraqvayda olacaq.

Qeyd edək ki, Ərdoğanın Vatikan səfəri 59 il sonra prezident səviyyəsində ilk səfər olacaq.

Müstəqil.Az

Share: