Əmircanda 3 bina dağılır – Sakinlər həyəcan içində

Suraxanı rayonu, Əmircan qəsəbəsi Balandin küçəsində yerləşən üç 3 mərtəbəli bina qəza vəziyyətindədir.

Müstəqil. Az- a bu binalarda yaşayan bir qrup sakin müraciət edib. Bildiriblər ki, 1933-ci ildə inşa edilib istifadəyə verilən binaların tam yarasız hala düşməsinə, dağılmasına sayılı günlər qalıb. Belə ki, bina baxımsızlıqdan çat-çat olub. Şəhərdə güclü külək əsəndə binaların divarlarından təhlükə və vahimə doğuran səs eşidilir, binalar sanki yerindən oynayır. Doğrudur, sakinlər bacardıqları qədər bu binalaın dayanaqlı qalması üçün əllərindən gələni edir, lakin rayonun icra strukturları buna da mane olur.

Binaların fasadlarında, ban örtüyündə, dəhlizlərdə və girişlərdə olan çatların böyüklüyü hər hansə yer titrəməsinin olduğu halda binanın dağılacağından xəbər verir. Sakinlər ancaq öz mənzillərində təmir işləri apara bilir.
2000-ci ildə Bakıda baş verən zəlzələdən sonra binalarda yaranan çatlar zaman keçdikcə daha da böyüyüb.
Sakinlər yerli icra strukturlarından, Bakə şəhər İcra Hakimiyyətindən xahiş edir ki, binanın taleyi ilə naraqlansınalar. Sakinlər deyir ki, bir-neçə il bundan qabaq Suraxanı İcra Hakimiyyətinə bu haqda müraciətlərimiz oldu. Bizə bildirdilər ki, binalar qəzalı və istismar müddəti bitdiyinə görə  plana düşüb, söküləcək. Sakinlər isə qəzalı binada sək-səkə içində gözləməkdıədir. Görəsən Suraxanı İcra Hakimiyyəti tərəfindəbn verilən hər hansı bir vd öz həllini tapacaqmı?

Müstəqil.Az

Share: