Əməliyyat olunan qadını həkimlər zorlayıb – Biabırçı hadisə

35 yaşlı qadının səkkiz saat davam edən əməliyyatı zamanı ona təcavüz edildiyi ortaya çıxıb.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Pakistandakı xəstəxanaların birində qeydə alınıb.

Pakistan Səhiyyə Nazirliyi əməliyyatda iştirak edən tibbi personalın hamısı haqqında araşdırma apardığını bəyan edib.

Məlumata görə, 8 saatlıq əməliyyatdan sonra xəstəxanadan buraxılan qadın yolda özünü narahat hiss etməyə başlayıb və bu səbəbdən də başqa xəstəxanaya aparılıb. Burada qadının əməliyyat əsnasında zorlandığı ortaya çıxıb.

Pakistan Daxili İşlər Nazirliyinin rəsmisi Əli Nəsir deyib ki, tibbi araşdırma davam edir və baş verən hadisəsi ilə bağlı nümunələr müvafiq tibb qurumuna göndərilib.

Müstəqil.Az

Share: