“Əli Xudatov – 70 ” – Şərafəddin İlkin yazır…

 
Sözünün sahibi olan kişi – ƏLİ dayı!
 
Təxminən on ilin söhbətidi. Bir gün Baloğlan Əşrəfov mənə zəng etdi ki, görüşək. Görüşəndə dedi ki, “Səni bir maraqlı insanla tanış edəcəm. Xingəllə aran necədi? Xingəli xoşlamasan da o adamla tanışlıq ürəyincə olar” dedi. “Mimino” restoranına getdik. Boylu-buxunlu Əli müəllimi ilk dəfə orda gördüm. Elə onun kabenetində bizə bir yaxşı xingal qonaqlığı verdi. İlk görüşümüzdə bir-birimizə doğmalaşdıq. Çünki Əli müəllim o qədər səmimi, söhbətcil, müsbət auralı adamdı ki, heç bir sıxıntıya yer qoymadı. İllərin tanışı kimi söhbət etdik. Və bu görüşlər sıxlaşdı. Ailəvi dostluğa çevrildi.
Bir gün bir-birimizdən xəbər tutmayanda narahat oluruq. Yaş fərqimizin olmasına baxmayaraq möhkəm dostluğumuz yarandı.
O mənə ” bacıoğlu”, mən ona “dayı” deyə müraciət edirəm. Əli dayının elə bir sahə yoxdu ki, orda dost-tanışı olmasın. İstər elm sahəsi olsun, istər incəsənət, istər ədəbiyyat, istərsə də ictimai-siyasi sahə. Yanında çox nüfuzlu insanlarla tanış olmuşam. Saz-söz həvəskarıdı. Saatlarla saza, şeirə qulaq asar, yorulmaz. Ustad Zəlimxan Yaqubla da yaxından tanışlığımız onun yanından başladı.
Gözəl ailə başçısı, qayğıkeş ata, sevimli babadı. El-obasına bağlı insandı. Doğulduğı Faxralı kəndini dünyanın paytaxtı bilir. Bir zözlə hamının sevimlisidi. Hər yerdə arzulanan insandı.
Əli adı səxavət, haqq-ədalət rəmzidi. Məhz Əli dayının özün də bütün bu xüsusiyyətlərin hamısı cəmlənib.
Var ağsaqqal, var saqqalı ağarmış. Amma Əli dayı saqqalı ağarmamışdan ağsaqqal olub. Elinin-obasının, qohum-əqrabasının, dost-tanışının ağsaqqalı!
Sözünün sahibi olan kişidi. Ürəyi kimi qapsı da, süfrəsi də dost üzünə açıqdı. Elə ona görə də Əli dayının üzünə bağlı qapı yoxdu. Getdiyi yerlərdə hörmətlə qarşılanıb. Çünki, hər şeyin yerini bilən insandı. Əli dayı o insanlardandı ki, yaxşılıq edəndə, əl tutanda sevinir. Şərəfli bir ömür yaşayır. Bu gün artıq maşallah, 70 yaşı tamam olur. Ürəyimdən keçənləri nəzmə çəkib bir yubiley hədiyyəsi hazırladım dayıma. Adına layiq olmasa da, bacoğlu hədiyyəsi kimi qəbul edəcəyinə şübhəm yoxdu. Nə gəldisə ürəkdən gəldi, nə yazdımsa ürəkdən yazdım.
Sin descripción disponible.
 
ƏLİ DAYI, YETMİŞ İLİN MÜBARƏK!
 
İnsanlara məhəbbətin əzəldi,
Söz-söhbətin bayatıdı, qəzəldi…
Yetmiş ildi dünya sənlə gözəldi-
Əli dayı, yubileyin mübarək!
 
Ömür yolun olubsa da çox çətin,
Sınmamısan, dayanmısan sən mətin!
Düzlük olub, saflıq olub niyyətin-
Əli dayı, yubileyin mübarək.
 
Öyünmədin dövlətinlə, varınla,
Hörmət tapdın namusunla, arınla.
Yol gəlmisən Solmaz adlı yarınla-
Əli dayı, yubileyin mübarək!
 
Ürəklərdə sevgi adlı qalan var,
Gündə yüz yol səni yada salan var.
Hacı kimi, Elçin kimi balan var-
Əli dayı, yubileyin mübarək!
 
Atlas deyir, “Babam mənim canımdı”,
Leyla deyir, “Damardakı qanımdı”.
Solmaz deyir, “Babam adım-sanımdı-
Əli dayı, yubileyin mübarək!
 
Tural nəvən gözlərinin nurudu,
Əli balan adın kimi durudu.
Nəvələrlə bəzəmisən bu yurdu-
Əli dayı, yubileyin mübarək!
 
Qəlbin pakdı, su tək safsan, təmizsən,
Könlün geniş, bir dalğalı dənizsən.
Hamımıza sən doğmasan, əzizsən-
Əli dayı, yubileyin mübarək!
ƏLİ DAYI YETMİŞ İLİİN MÜBARƏK!
 
Şərafəddin İlkin,
 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.
27.02.2021
Müstəqil.Az
Share: