İranı kimlər idarə edir, çıxış yolu nədir?

İranı kimlər idarə edir, çıxış yolu nədir?

Ədalət Partiyasının sədr müavini

 

Müasir Yaxın Şərqdə hərbi-siyasi gərginlik fonunda ABŞ və İsrailin hücumlarına dayanıqlı müqavimət göstərən, ağır itkilərə məruz qalmasına baxmayaraq heç bir şərtləri qəbul etməyən  İranın idarəetmə mexanizmi xüsusi diqqət mərkəzindədir. Dövlət rəhbərliyinə qarşı mümkün zərbələr və ya yüksək vəzifəli şəxslərin itirilməsi fonunda əsas sual budur: İranı kimlər idarə edir, İran sistemi şəxslərə bağlıdır, yoxsa institutlara?

İran formal olaraq respublika olsa da, real idarəetmə dini-siyasi (teokratik) model üzərində qurulub. Bu modelin əsas dayaqları bunlardır:

Ali rəhbərlik institutu

Müctəba Xamenei, İran Konstitusiyasına görə ali rəhbər:

Silahlı qüvvələrin baş komandanıdır. Strateji qərarları müəyyən edir. Təhlükəsizlik və xarici siyasətdə son sözü deyir

Hərbi-siyasi elita

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)
Bu qurum: Ordudan daha təsirli paralel güc mərkəzidir. Regional müharibələri (proxy şəbəkələr vasitəsilə) idarə edir. İqtisadiyyatın böyük hissəsinə nəzarət edir

Formal icra hakimiyyəti

Məsud Pezeşkian. Prezident:

Gündəlik idarəetməni həyata keçirir. Amma strateji qərarlarda həlledici deyil

Müharibə zamanı dövlətlərdə qərarvermə mərkəzləri daha da daralır. İran nümunəsində bu belə görünür:

Faktiki qərar verən qurumlar İran İslam İnqilabı Keşikçiləri Korpusu rəhbərliyi, Ali rəhbərin yaxın çevrəsi, Təhlükəsizlik Şurasıdır.

Prezident ikinci plandadır, Parlament demək olar ki rol oynamır.

Lakin sadalanan “qərar verici” qurumlardan Ali rəhbərin yaxın çevrəsi və Təhlükəsizlik Şurasının fəaliyyəti . Əli Xamaneinin və Əli Laricaninin ölümündən sonra

demək olar ki “İflic” vəziyyətdərir. Amma görünən odur ki İranın İdarəetmə sistemi çökməyib, ABŞ və İsrailə cavab zərbələri ilə mübariz duruş nümayiş etdirir. Maraqlıdır İranın müqaviməti nə qədər dayanıqlı olacaq, davam gətirəcəkmi.

Aparılan analizlərdən görünür ki İranın idarəetmə sistemi bu gün SEPAH – ın əlində cəmləşmişdir. İran əvəlkindən daha sərt mövqe nümayiş etdirir, daha aqressiv xarici siyasət yürüdür. Bu qurumun verdiyi qərarlar İranın taleyində nə dərəcədə həlledici ola bilər, nə dərəcədə təhlükəli ola bilər?  ABŞ – ın bu müharibədə məğlub olmasını, bu uğursizluqla razılaşacağını fikirləşmək heç də düzgün olmazdı. Hazırkı durum, Hörmüz boğazı böhranı hələlik Amerikanın özünə də müəyyən dərəcədə sərfedici olduğuna görə ABŞ bu problemin operativ həll edilməsinə tələsmir, Danışıqlar yolu ilə “razılıq” əldə edilməsə ABŞ və İsrailin də alternativ planları olacaq ki, bu da heç bir şərtləri qəbul etməyən İranın məhvinə gətirib çıxara bilər. Ona görə də İranın bu günkü çıxış yolu hakimiyyətin tək SEPAH – ın əlində cəmləşəsinin qarşısını almaq, Kollektiv Təhlükəsizlik Sistemi əsasında hakimiyyət ierarxiyasının SEPAH, Təhlükəsizlik Şurası və  qanuni seçilmiş Prezident arasında bərabər bölüşdürülməsini təmin etməkdir. İran prezidentinin “dövrəyə qoşulması” Beynəlxalq münasibətlərə öz müsbət təsirini göstərə bilər.

 

Share: