Bakıda mənzildə meyit aşkarlanıb

Bakıda mənzildə meyit aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)  xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Kərimov İlham Balakişi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müstəqil.Az

Share: