“Dayaq” sosial maarifləndirmə İB yeni layihənin icrasına başlayıb

“Dayaq” sosial maarifləndirmə İB yeni layihənin icrasına başlayıb

“Dayaq” sosial maarifləndirmə İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət zorakılığına yox!” layihəsinin may ayının 1-dən icrasına başlayıb.

Layihənin məqsədi cəmiyyətdə məişət zorakılığının səbəbləri, nəticələri və qarşısının alınması yolları barədə maarifləndirmə aparmaq, zorakılıq qurbanlarını məlumatlandırmaq və onların hüquqlarını müdafiə etməkdir.

Məlumat üçün qeyd edək ki, layihənin fəaliyyət planına uyğun olaraq Bakı şəhəri Yasamal rayonunda (3 dəfə) və Səbail rayonunda (2 dəfə) vətəndaşlarla maarifləndirici tədbirlər təşkil olunacaq. Nəticədə cəmiyyətdə zorakılıq əleyhinə daha güclü mövqe formalaşacaq, məişət zorakılığı mövzusunda ictimai məlumatlılıq artmış olacaq, qurbanların hüquqi və psixoloji yardıma çıxış imkanları güclənəcək, dövlət və QHT-lər arasında əməkdaşlıq möhkəmlənəcək.

Sözügedən layihənin icrası 3 ay (01.05.2026-31.07.2026) müddətində Bakı şəhərində keçiriləcək.

Share: