Əli Nağıyev və İlham İsmayıl Goranboy-Göygöl əməliyyatında çiyin-çiyinə… – VİDEO

Sosial şəbəkələrdə hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan Əli Nağıyevin Dağlıq Qarabağda gedən döyüşlərdə iştirakını özündə əks etdirən videogörüntü yayılıb.
Ə. Nağıyev MTN Xüsusi təyinatlılarının əməkdaşı kimi 1991 -ci il Goranboy – Xanlar əməliyyatlarında iştirak edib. Videodan təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ehtiyyatda olan polkovnik-letenant İlham İsmayılı da görmək olur.
Xatırladaq ki, bir neçə gün öncə İlham İsmayıl Əli Nağıyevin DTX rəsi təyinatına münasibət bildirərkən vaxtilə onunla cəbhədə çiyin-çiyinə döyüşdüyünü bildirmişdi…
Xatırladaq ki, indi oxuculara təqdim edilən videonu keçmiş MTN zabiti, “Trend” İnformasiya Agentliyinin əsas simalarından olan Arzu Nağıyev “YouTube”a yerləşdirib…

Share: