Zooparkdan qaçan 6 yırtıcı Almaniyani ayağa qaldırdı – XƏBƏRDARLIQ

Almaniyanın Lyunebax şəhərində heyvanat parkından iki şir, iki pələng, yaquar və ayı qaçıb.

Müstəqil.az xarici mediaya istinadən xəbər verir ki, yerli hakimiyyət şəhər sakinlərini evlərini tərk etməməyə, pəncərələri və qapıları bağlamağa çağırıb.

Xəbərə görə, təcili xidmətlərin əməkdaşları ayını taparaq onu vurublar. Qalan heyvanların yeri hələlik məlum deyil.

Share: