Əfqanıstan müharibəsində itkin düşən sovet pilotu sağ tapıldı

Əfqanıstanda təyyarəsi vurulan və bu günə qədər itkin düşmüş sayılan sovet hərbi pilotunun sağ olduğu məlum olub.
Bu barədə Rusiya Desant İttifaqının rəhbəri, Sovet İttifaqı qəhrəmanı, general-polkovnik Valeri Vostrotin deyib.
O qeyd edib ki, pilot hazırda Əfqanıstandadır.
“Bu çox qəribədir. Hazırda maddi köməklə yanaşı, həm də inzibati, o cümlədən ictimai təşkilatların və diplomatik nümayəndələrin köməkləri lazımdır”, – agentliyin sözçüsü deyib.
V.Vostrotin pilotun kimliyini açıqlamayıb.(oxu.az)

Share: