Zelenski Netanyahu ilə Ukraynaya yardımı müzakirə etdi

İsrail Baş naziri Benyamin Netanyahu Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Netanyahu “X” sosial şəbəkəsində yazıb.

Dövlət başçıları İsrailin Ukraynaya, o cümlədən İsraildəki ukraynalı qaçqınlara davamlı yardımını, eləcə də hava hücumu ilə bağlı erkən xəbərdarlıq sistemlərinin hazırlanması və təşviqində yardımı müzakirə ediblər.


Share: