
(“A1” uşaqlar üçün şeirlər kitabı haqqında)
Uşaqların nitqinin inkişaf etdirilməsi, təhsillənmələri və tərbiyələndirilmələri baxımından bədii yaradıcılıq məhsulları son dərəcə mühüm rol oynayır. Yazıçı və şairlərimiz bütün bunları nəzərə almalı, gözəl əsərlərlə balacaları sevindirməlidirlər. Lakin xüsusən son zamanlar uşaqlar üçün hekayə və şeirlər az yazılır.
Bu baxımdan Zaur Ustacın balacalarla yeni görüşü diqqətəlayiqdir. İnanırıq ki, bu kitaba daxil olmuş şeirlər balacalarda maraq oyadacaqdır.
Şeirlər balacaların həyatında mühüm rol oyayan məsələləri əhatə edir Şeirlərin bir qismi dərs ləvazimatlarına aiddir. Diqqət yetirək: “Kitab”, “Dəftər”, “Qələm”, “Kağız”.
Balacalar üçün əziz və doğma ocaqlara aid şeirlər də vardır: “Ailə”, “Məktəb”.
Valideynlərə, qohumlara, mənzilə, küçəyə həsr olunmuş şeirlər də yüksək sənətkarlıqla yazılmışdır.
Sadalanan şeirlər balacalarda valideynlərə, ailəyə, məktəbə hörmət və məhəbbətin; dərs ləvazimatlarına qayğı ilə yanaşmanı tərbiyələndirəcəkdir.
Kitabdakı şeirlərin bir qismində sərkərdələrimiz, hökdarlarımız, dövlət başçılarımız vəsf olunur. Heydər Əliyevə, İlham Əliyevə, Babəkə, Tomrisə, Şah İsmayıla, Nadir şaha aid şeirlərlə tanış olan balacalarda vətənpərvərlik hisslərinin formalaşdırılması ünün imkanlar açılacaqdır.
Kitaba daxil olan şeirləri uğurlu hesab edir və inanırıq ki, balacalar onlardan faydalanacaqlar.
Akif Abbasov,
Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,
pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.