“Zaqreb Open”: Hacı Əliyev gümüş medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyada keçirilən “Zaqreb Open”də final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 70 kq-da yer alan üçqat dünya və üçqat Avropa çempionu həlledici qarşılaşmada ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa çəkib. Rəqibinə 2:5 hesabı ilə uduzan Əliyev ikinci yerlə kifayətlənib.

Əliyevlə eyni çəkidə çıxış edən Xadjimurad Qadjiyev isə hindistanlı Vişal Kaliramanı 10:0 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Əli Rəhimzadə (65 kq) isə bürünc medal əldə edib.

22:35

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyada keçirilən “Zaqreb Open”də qızıl medal qazanıb.

“Report”un məlumatına görə, 57 kq-da çıxış edən idmançı finalda yaponiyalı Yuto Nişuçi ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində yer alan İslam Bazarqanov 3-cü yer uğrunda qarşılaşmada gürcüstanlı Beka Bujiaşviliyə sonuncu xal prinsipinə əsasən uduzub – 4:4.

65 kq-da mübarizə aparan Əli Rəhimzadə isə bürünc medal görüşündə yaponiyalı Ryoma Anrakunu 12:1 hesabı ilə üstələyib.

Share: