10 oktyabr 2026-cı il tarixində Bakı şəhərində, Gəncliyə Yardım Fondunun ofisində “Ağdam” Ədəbi İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Pir Məhəmməd Qarabaği” Mənəvi Dəyərlərin Təbliği Mərkəzinin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan “Ağdam” Ədəbi İctimai Birliyininsədri Rəfail Tağızadə Birliyin fəaliyyəti, həyata keçirdiyitəşəbbüslər və milli-mənəvi dəyərlərin qorunması istiqamətindəqarşıya qoyduğu vəzifələr barədə məlumat verib. O, yeniyaradılan Mərkəzin Qarabağın zəngin tarixi-mədəni irsininöyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımındanəhəmiyyətini vurğulayıb. Bildirib ki, bu təşəbbüs Birliyinfəaliyyətinin yeni istiqamətlərlə genişlənməsinə və milli-mənəviirsin daha sistemli şəkildə təbliğinə imkan yaradacaq.
Sonra söz “Ağdam” Ədəbi İctimai Birliyinin təsisçisi NadirKolanıya (Qədimli) verilib. Nadir Kolanı çıxışında Birliyin1994-cü ildə yaradıldığını qeyd edərək onun əsas məqsədininAğdam rayonunun, onun tanınmış ziyalılarının, ədəbi-mədəniirsinin təbliğinə xidmət etmək olduğunu bildirib. O, Birliyinfəaliyyəti çərçivəsində ön xətdə xidmət edən Azərbaycanəsgərləri ilə mütəmadi görüşlərin keçirildiyini, bu görüşlərinhərbçilərə mənəvi dəstək göstərilməsi və vətənpərvərlik ruhunungücləndirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb,yeni yaradılan Mərkəzin də bu missiyaya töhfə verəcəyinəəminliyini ifadə edib.
Tədbirdə “Pir Məhəmməd Qarabaği” Mənəvi Dəyərlərin TəbliğiMərkəzinin sədri Taleh Əliyev Mərkəzin məqsəd və fəaliyyətistiqamətləri haqqında məlumat verib. O bildirib ki, əsashədəflər Azərbaycan xalqının milli-mənəvi dəyərlərininqorunması, Qarabağın tarixi-mədəni və mənəvi irsininaraşdırılması, gənclərin maarifləndirilməsi və Azərbaycanhəqiqətlərinin ölkə ictimaiyyətinə, eləcə də beynəlxalqauditoriyaya çatdırılmasıdır. Bu məqsədlə elmi konfransların, maarifləndirici tədbirlərin, tədqiqatların və nəşr layihələrininhəyata keçirilməsi nəzərdə tutulur.
Daha sonra “ Qarabağlı Pir Məhəmmədin Mənaqibnaməsi” kitabı haqqında həmmüəllif Fariz Xəlilli çıxış edərək kitabınTürkiyə və Azərbaycanda mövcud olan tarixi mənbələr əsasındahazırlandığını bildirib. O, Pir Məhəmməd Qarabağinin (QaraPirim) irsinin daha dərindən öyrənilməsi istiqamətində yeniaraşdırmaların davam etdirildiyini qeyd edib.
Tədbirdə iştirak edən Ağdam rayonunun Qarapirimli kəndsakini Elnur Bayramov Pir Məhəmməd Qarabağinin (QaraPirimin) yaşadığı və adını daşıdığı Qarapirimli kənd icmasıadından təşkilatçılara təşəkkürünü bildirib. O, kənd icmasınınMərkəzin fəaliyyətinə dəstək göstərməyə hazır olduğunuvurğulayıb.
Tədbirin sonunda iştirakçılar yeni yaradılan Mərkəzinfəaliyyətinə uğurlar arzulayıb, Qarabağın tarixi-mənəvi irsininqorunması və təbliği istiqamətində birgə təşəbbüslərinəhəmiyyətini qeyd ediblər.
“Pir Məhəmməd Qarabaği” Mənəvi Dəyərlərin Təbliği Mərkəziqarşıdakı dövrdə elmi-tədqiqat, mədəni-maarifləndirmə, nəşr vəgənclərlə iş istiqamətlərində fəaliyyət göstərərək milli-mənəvidəyərlərin yaşadılmasına və Qarabağın zəngin irsinin gələcəknəsillərə çatdırılmasına töhfə verməyi hədəfləyir.























