Təmkin Xəlilzadədən gözlənilməz addım

“Zirə”dən ayrılan Təmkin Xəlilzadənin yeni iş yeri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, sol cinah müdafiəçisi futzala keçməyə qərar verib. Xəlilzadə artıq yeni klubu ilə müqavilə də bağlayıb.

Maraqlıdır ki, o, İkinci Liqada oynayacaq. Təmkin bu yarışda lider olan “Rəvan”la anlaşıb.


Share: