Zaqatalada üçotaqlı evdə yanğın olub

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonunun Bəhmətli kəndində ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin bir otağının tavanı 20 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: