Somalidə deputatın ofisi qarşısında partlayış — 15 ölü

Somalinin Mahas şəhərində federal parlamentin deputatının ofisinin qarşısında partlayış törədilib. 

“Qafqazinfo” “Somali Guardian” portalına istinadən xəbər verir ki, iki avtomobilin partladılması nəticəsində 15 nəfər həlak olub.

Ölənlər arasında rəsmi şəxslərin də olduğu bildirilir. 

Ölkə rəhbərliyi hadisənin “Əş-Şəbab” qruplaşması tərəfindən törədildiyini zənn edir.


Share: