Moskvada əsrin ən soyuq 5 günü gözlənilir

Rusiyanın paytaxtı Moskvada yanvarın 6-dan 10-na qədər mənfi 29 dərəcəyə qədər şaxta gözlənilir.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand açıqlayıb. 

Məlumata görə, havanın kəskin soyuması yanvarın 6-sından etibarən başlayacaq. Belə ki, bu zaman gecə temperatur mənfi 20-22 dərəcə, gündüz isə mənfi 18-20 dərəcə olacaq. Yanvarın 8-i isə temperaturun mənfi 29 dərəcə təşkil edəcəyi gözlənilir. 

Bildirilir ki, sözügedən tarixlər Moskvada son 23 ilin, yəni bu əsrin ən soyuq 5 günü olacaq.


Share: