Zaporojye AES-in ətrafında təhlükəsizlik zonasının yaradılması üzrə danışıqlara başlanılıb

Ukraynanın işğal altında olan Zaporojye AES ətrafında nüvə və fiziki təhlükəsizlik zonasının yaradılması mümkün qədər tez həyata keçirilməlidir.

Bununla bağlı məsləhətləşmələr artıq başlayıb.

Bu barədə bazar günü Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi məlumat verib.

“Mən hələ də hər hansı növ atışma davam etdikcə təhlükə altında qalan elektrik stansiyasının vəziyyətindən son dərəcə narahatam. Bu ciddi vəziyyəti həll etmək üçün nüvə təhlükəsizliyi zonasının yaradılmasına təcili ehtiyacın olması ilə bağlı məsləhətləşmələrə başlanılıb”, – deyə BAEA-nın rəhbəri bildirib.

Qeyd edək ki, Enerqodarda yerləşən Zaporojye AES hazırda Rusiya qoşunlarının nəzarəti altındadır.

Mənbə: TASS

Share: