Yunanıstana 5 qol vuran Azərbaycan millisi elit-raunda vəsiqə qazandı

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirib.

Oxu.Az xəbər verir ki, yığma Yunanıstanla qarşılaşıb. Bakı İdman Sarayında keçirilmiş qarşılaşma millimizin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qollarını Eduardo Borges, Seiti Ensi (öz qapısına), Rafael Vilela, Felipinyo, Amadeu vurub. Rəqibin heyətində isə Seiti Ensi və Marios Ntatis fərqləniblər.

Azərbaycan yığması 6-cı qrupda 9 xalla liderdir. Komandamız son turun nəticəsindən asılı olmayaraq, elit-raunda vəsiqəni təmin edib. Hazırda 6 xala malik Polşa kollektivi ikinci sırada qərarlaşıb. Yığmamız qrupdakı sonuncu matçında martın 7-də məhz Polşanın qonağı olacaq.

DÇ-2024-ün əsas mərhələsi

6-cı qrup

Azərbaycan – Yunanıstan – 5:2

Qollar: Eduardo Borges, 2:23, Seiti Ensi, 8:30 (ö/q), Rafael Vilela, 11:24, Felipinyo, 20:57, Amadeu, 31:20 – Seiti Ensi, 23:47, Marios Ntatis, 26:27

Share: