Millimiz Yunanıstanı məğlub etdi

Bu gün Azərbaycanın futzal millisi DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, yığmamız Yunanıstanı qəbul edib. Bakı İdman Sarayında oynanılan qarşılaşma millimizin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra millimiz elit-raunda vəsiqəni təmin edib. 

Qeyd edək ki, 6-cı qrupda mübarizə aparan Azərbaycan millisi 9 xalla liderdir. 7 oyun keçirmiş Polşa 6 xala malikdir. Millimiz qrupdakı sonuncu matçında martın 7-də Polşanın qonağı olacaq.

DÇ-2024, əsas mərhələ

20:00. Azərbaycan – Yunanıstan – 5:2 

Qollar: Eduardo, 3 (1:0), Eni, 9-avtoqol (2:0), Rafael Vilela, 12 (3:0), Felipinyo, 21 (4:0), Ensi, 24 (4:1), Ntatisx, 27 (4:2), Amadeu Fernandes da Silva, 32 (5:2)


Share: