Rusiyanı cəzalandırmaq üçün bu tarixdə məhkəmə keçiriləcək

Rusiyanı cəzalandırmaq üçün xüsusi məhkəmənin yaradılması ilə bağlı ikinci iclas martın 21-22-də Fransada keçiriləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Kuleba xüsusi məhkəmənin ilk iclasının yanvarın 29-da keçirildiyini xatırladıb.

“İlk iclasda 21 ölkə iştirak edib. İndi onların sayı 29-dur. Bu dövlətlərdən biri Latın Amerikası ölkəsidir”, – deyə Kuleba vurğulayıb.


Share: