Yumruq şəkliniz şəxsiyyətinizdən xəbər verir – FOTOLAR

Müstəqil.AZ Moderator.az-a istinadən xəbər verir ki, yumruq şəkliniz eynilə ovuc içiniz kimi şəxsiyyətinizə və həyatınıza dair mənalar daşıyır.
Baş barmağınız digər barmaqlarınızın altındadırsa
 
Ətrafınızdakılar sizi ağıllı, yaradıcı və enerjili kimi tanıyır. Hər nə qədər sakit bir quruluşunuz olsa da, enerji ilə dolusunuz. Siz insanlara, heyvanlara, nəfəs alan heç bir şeyə zərər verməzsiniz. Lazım gələrsə, öz həyatınızı təhlükəyə atarsınız yenə də sevdiklərinizi qoruyarsınız. Sakit hərəkətləriniz var və dostlarınızla vaxt keçirməyi xoşlayırsınız.
Baş barmağınız üfüqi olaraq digər barmaqlarınızı örtürsə
 
Siz cəlbedici və istedadlısınız. Hər kəs sizi olduqca kübar bilir. Bu da sizi doğma və etibarlı edir. Risk etməyi sevmirsiniz və həyatdan çox şey gözləyirsiniz. İnsanlar sizinlə vaxt keçirməyi çox sevirlər.
Baş barmağınız işarə barmağınızın üstündədirsə 
 
 Xəyalpərəst və azadlıqsevər bir quruluşunuz var. Xəyallarınızın arxasınca qaçmağı və bu yolda bütün fürsətləri dəyərləndirməyi istəyirsiniz. Səxavətli bir quruluşunuz var və dost canlısıınız. İnsanlar zarafat konsepsiyanızı sevir və ətrafınız həmişə yoldaşlarınızla doludur. Bəzən səbirsiz və inadkar ola bilirsiniz.

Share: