113 yaşlı “gənc” yazıçının faydalı sağlamlıq tövsiyyələri – MARAQLI…

Braziliyada yaşayan və sağlam qida mədəniyyəti, uzunömürlülüyün  sirləri barədə seminarlar oxuyan yazıçı Bernardo Lapolla bu gün də özünü sağlam hiss edir. O, ”Çox yaşa, az yaşlan” kitabında sağlam və uzun ömür yaşamaq üçün aşağıdakı məsləhətləri verir.
Müstəqil.az 113 yaşlı “gənc”in tövsiyyələrini çatdırır:
1.Beyini cavan saxlamaq: beyin cavan qalanda orqanizm də cavan qalır. Bunun üçün də çox mütaliə etmək, məntiqi oyunlar oynamaq, şahmat və damaya vaxt ayırmaq lazımdır. Qoz, fındıq və fıstıqdan da hər gün stabil miqdarda qəbul etmək faydalıdır;
2. Normal yuxu: Hər gün saat 22:00-da yatmaq və 04:00-da oyanmaq;
3.Təbiətlə təmasda olmaq. Torpağı, suyu, yaşıllığı, səhər şehini duymaq, sübh çağı açıq təbiətdə hava vannası qəbul etmək;
4.Əzələləri gərginləşdirməmək: xüsusən də beyin əzələlərini  rahat saxlamaq, əzələləri gərginləşdirməmək, istənilən obyektdə və istənilən zamanda rahat saxlamaq gərəkdir;
5. Hər gün bu qidalardan istifadə etmək: zeytun yağı, sarımsaq, darçın, bal, şokolad.
 

Share: