Leyla Şıxliniskayanın şikayətçi olduğu işçiləri hakim qarşısında…

Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikanın işçiləri hakim qarşısına çıxarılıb. Onlar külli miqdarda vergidən yayınmaqda ittiham edilirlər.
Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər arasında klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevadır.
Onların hər biri barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslər Leyla Şıxliniskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərini ittiham edir.
Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilmişdi.
Klinikadan yayındırılan verginin məbləği iki yüz min manatdan çoxdur.
Bu ittihamı da Leyla Şıxlinska rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü. Cinayət işi açılan ərəfədə Leyla Şıxlinskaya mətbuata açıqlama vermişdi. O, keçmiş işçilərini 700 minlik mənimsəmədə ittiham etdmişdi.
“Klinikanın baş mühasibi, kassiri, adminstratoru və daha 3 nəfər vergidən yayınaraq külli miqdarda vəsaiti ələ keçirib. Bu işdə mənim heç bir rolum yoxdur. Mən klinikanın sadəcə təsisçisiyəm, heç bir hüquqi sənəddə imzam yoxdur. Heç bir işə qarışmıram. Bu şəxslər – baş mühasib Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və digərləri bütün haqq-hesabları özləri aparıblar. Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. Sonra da dövləti aldatmağa, külli miqdarda vəsaiti ələ keçirməyə başladılar. Bildiyimə görə, 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”- deyə L.Şıxliniskaya bildirmişdi.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.
Müstəqil.Az

Share: