Yeni Ruhsal səfərlərimiz

Ürəyinizdə Günəş olsun sayğılı soydaşlarımız.

Asif Atanın Mütləqə İnam Ocağı özünün başlıca əməl gələnəklərindən biri olan ruhsal səfərlərini davam etdirir. Çağaşırı bölgələrə gedir, ayrı-ayrı soydaşlarımızla görüşlər keçirib Asif Atanın ideyalarından, milli-insani düşüncə yönündən soraqlar verir.

Bu günlərdə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı amaldaşı Bilən Atalının təşkilatçılığı ilə bölgəyə səfər etmiş, ayrı-ayrı insanlarla görüşlər keçirmişdir. Bu görüşlərdəki söhbətlər qatılanlar üçün olduqca etkili olmuşdur. Yurdumuzun, İnsanlığın durumu, xalqımızın, bütövlükdə insanlığın özünəyadlaşma nədənlərinə aydınlıq gətirilmiş, Asif Atanın sərgilədiyi çıxış yolları ilə bağlı bilgilər verilmişdir. Görüşlərdə verilən suallar cavablandırılmış, onlara Ocaq ədəbiyyatları (Asif Atanın, Soylu Atalının kitabları, Günsıra vizitləri, dərgi buraxılışları) bağışlanmışdır.

 

Mütləqə İnam Ocağı

Share: