Yeni bağların salınması üçün kadr çatışmır – Qubada

30-40 il əvvəl Qubada salınan bağlar artıq bioloji inkişaf dövrünü başa vurub.

ATV.az xəbər verir ki,fermerlər superintensiv tipli bağlar salmaq istəsə də, bu sahə üzrə kifayət qədər mütəxəssisin olmaması onların işini çətinləşdirir. Çünki indiyədək bəzi təsərrüfat sahiblərinin əkdiyi tinglərə köhnə qaydada arqotexniki qulluq edildiyindən sıradan çıxıb. Bölgədə superintensiv bağçılıq üzrə yeganə aqronom olan Faiq Şeydayevin sözlərinə görə, onun mütəxəssisi olduğu sahə ənənəvi bağçılıqdan tam fərqlənir. Yeni tipli bağların salınması, suvarma sisteminin qurulması, sahənin relyefinin seçilməsi, aqrotexniki qulluq və digər proseslər mütəxəssis nəzarəti altında həyata keçirilməlidir.  Quba rayon Kənd Təsərrüfatı idarəsindən isə bildirilir ki, problem yaxın 3 il ərzində həllini tapacaq. Çünki Dövlət Aqrar Universitetində müasir tipli bağlar üzrə mütəxəssislər hazırlanır. Amma bu problemi 3 il gözləmədən də həll etmək mümkündür. Dövlət Aqrar Universitetin Bağçılıq kafedrasının professoru Zaur Həsənov yerlərdəki aqranomlarla universitet müəllimləri arasında görüşlərin təşkil edilməsini təklif edir. Görüşlərdə Universitetin müəllimləri superintensiv bağçılqla bağlı bütün məlumatları aqranomlara praktik cəhətdən izah edə bilərlər. Bununla da 3 gözləmədən kadr çatışmazlığını aradan qaldırmaq mümkündür. Qeyd edək ki, hazırda şimal bölgəsində ümumilikdə 2500 hektardan artıq müasir tipli bağ sahələri mövcuddur.

Müstəqil.Az

Share: