
Yasamal Rayon Bələdiyyəsində iyun ayın 5-dən Qurban sovqatı paylanılmasına start verilib. Mustaqil.az xəbər verir ki, iyun ayın 6-7-si Qurban sovqatı paylanılması davam edir. İslam aləminin ən müqəddəs bayramlarından biri olan Qurban bayramı münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, birinci müavini Hüseyn Əfəndiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, Müavini Fuad müəllimin təşkilatçılığı ilə ehtiyacı olan vətəndaşlara və aztəminatlı ailələrə Qurban sovqatı paylanılıb. Keçirilən rayonun şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə, sosial cəhətdən həssas ailələrə, tənha şəxslərə və əlillərə Qurban payları təqdim edilib. Yasamal və digər bölgədən gələn sakinlərə Qurban payları verilib. Qurban payı bələdiyyə üzv və qulluqçularının iştirakıyla paylanılıb, yaşlı, əlil və ahıl insanlara isə qurban payları ünvanlarına çatdırılıb.