Yəməndə husilər səfərbərlik elan ediblər

Yəmənin husilərin nəzarətində olan əksər əyalətlərində səfərbərlik elan edilib.

xəbər verir ki, bu barədə “Ənsar Allah” üsyançı hərəkatının lideri Əbdülməlik əl-Husi “Al Masirah” telekanalında çıxışı zamanı bildirib.

“Xalqımız əksər əyalətlərdə hərbi səfərbərlik fəaliyyətlərinə keçdi və çağırışçıların sayı minlərlədir”, – deyə o qeyd edib. O, həmçinin “Ənsar Allah” tərəfdarlarını “çətin şəraitə baxmayaraq, hərbi təlimlərə, nümayişlərə, yürüşlərə və pul ianələrinə” davam etməyə çağırıb.

Share: