Latviya Ukraynaya yeni hərbi yardım paketini elan edib

Latviya Ukraynaya yeni hərbi yardım paketini elan edib.

xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.

O deyib ki, ölkəsi Ukraynaya haubitsalar, pilotsuz uçuş aparatları, döyüş sursatları daxil olmaqla yeni hərbi yardım paketini göndərəcək.

“Bu gün mən Ukrayna prezidentinə haubitsalar, 155 millimetrlik döyüş sursatı, tank əleyhinə silahlar, raketlər, qumbaraatanlar, helikopterlər, pilotsuz uçuş aparatları, rabitə vasitələri, generatorlar, eləcə də (digər) avadanlıqların daxil olduğu növbəti yardım paketi barədə məlumat verdim”, Prezident Rinkeviçs bildirib.

Qeyd edək ki, Latviya ümumi daxili məhsulunun 1%-dən çoxunu Kiyevə hərbi yardıma ayırıb ki, bu da bütün müttəfiqlər arasında ən yüksək paylardan biridir.

Share: