Dövlət Departamenti Kosovoya “Javelin” raketlərinin satışına icazə verib

ABŞ Dövlət Departamenti tanınmamış Kosovoya “Javelin” tank əleyhinə raket komplekslərinin ümumilikdə 75 milyon dollara mümkün satışına icazə verib.

-nın məlumatına görə, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqon Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Söhbət Priştinaya 246 “Javelin” raketi və 24 yüngül buraxılış qurğusunun mümkün satışından gedir.

Share: