Yəhudi nazirdən etiraf: İranda etirazçılar qalib gəlsə…

İranlı etirazçıların azadlıq və demokratiya mübarizəsində qalib gəlməsinə ümid edirik.

Müstəqil.Az xəbər verirk ki, bu barədə İsrailin Kəşfiyyat naziri Yisrail Katz danışıb.

“İranın daxili məsələlərinə qarışmırıq, ancaq İran xalqının mübarizəni udmasını könüldən istəyirəm. Etirazçılar qalib gəlsə İsrailə qarşı təhdidlər də aradan qalxacaq”, – nazir deyib.

Nazir həmçinin ABŞ Prezidenti Donald Trampın nüvə sazişi ilə bağlı İrana qarşı nümayiş etdirdiyi sərt mövqeyin də İranın daxili vəziyyətinə təsir etdiyini bildirib.

Müstəqil.Az

Share: