Erməni sürücünün öldürdüyü 5 azərbaycanlı dəfn edildi – Foto

Tiflisdə yol-qəza hadisəsi nəticəsində həlak olan 5 nəfər azərbaycanlı gənc bu gün Sadaxlı kəndində torpağa tapşırılıb.

Müstəqil.Az GAXA-ya istinadla xəbər verir ki, Xuduyev Röyal Vidadi oğlu, Salahov Elxan Nəbi oğlu, Haxnazarov Vüsal İlqar oğlu, Abdullayev Vüsal Mehdi oğlu və Xəlilov Rəşadət Xəlil oğlunun dəfnində Azərbaycanın Gürcüstandakı səfirliyinin ikinci katibi Fəxri Hacıyev, “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı, kənd axundu və kənd camaatı iştirak edib.

Qeyd edək ki, qəza dekabrın 31-də, Ermənistana gedən “Mersedes” markalı avtobusun Tiflisdəki Quru Körpü yaxınlığında LADA markalı avtomobili vurması nəticəsində baş verib. Avtobusun sərnişinlərinə heç nə olmayıb, LADA-da olan 5 azərbaycanlı isə dünyasını dəyişib. Dünyasını dəyişən gənclərin hamısı bir məktəbdə təhsil alıblar və Yeni il ərəfəsində Tiflisə gəzməyə gediblərmiş. Onların hamısının yaşı 21 olub.

Məlumata görə, həlak olan gənclərdən 21 yaşlı Vüsal Haxnazarovun qardaşı və atası da Ermənistan vətəndaşının idarə etdiyi avtomobil vurması nəticəsində həlak olub.

Müstəqil.Az

Share: